Ermənistanda hərbçiləri daşıyan avtomobil aşdı - Çoxlu sayda yaralı var » Memur.az

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşdı - Çoxlu sayda yaralı var

Ermənistanda hərbçiləri daşıyan avtomobil aşdı - Çoxlu sayda yaralı varErmənistanın Sünik vilayətində hərbçiləri daşıyan “ZİL” markalı avtomobil aşıb.

Sputnik - Ermənistan-ın məlumatına görə, müxtəlif dərəcəli xəsarətlər alan 10 hərbçi hospitala aparılıb.

Bildirilir ki, Mehri rayonundan Naxçıvan sərhədinə doğru hərəkət edən “ZİL” naməlum səbəbdən aşıb.

Hazırda hadisə yerində hərbi polis araşdırma aparır.