Bakıda qadının evindən 40 min manatlıq qızıl oğurladılar » Memur.az

Bakıda qadının evindən 40 min manatlıq qızıl oğurladılar

Bakıda qadının evindən 40 min manatlıq qızıl oğurladılar

Bakıda oğru dəmir barmaqlıqları qıraraq evdən külli miqdarda qızıl aparıb.


Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

H.Cavid küçəsində yaşayan Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Sahibə Yusubovanın evindən 1200 manat, 1000 dollar və 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.