Bakıda avtobus betonqarışdıran maşınla toqquşdu » Memur.az

Bakıda avtobus betonqarışdıran maşınla toqquşdu

Bakıda avtobus betonqarışdıran maşınla toqquşdu

Ötən gün Bakıda daha bir sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumat verilib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza saat 17 radələrində “Koroğlu” metro stansiyasından “Qara Qarayev” stansiyasına gedən istiqamətdə, körpünün üstündə baş verib.

Körpünün üstündə betonqarışdıran maşın hərəkətdə olarkən arxada sərnişin avtobusu sürətlə gələrək həmin maşına çırpılıb. Qəza nəticəsində avtobusun qabağı dağılıb.

Hadisə zamanı xəsarət alanlar barədə isə məlumat verilməyib.