Bakıda iki piyada yol qəzasının qurbanı olub » Memur.az

Bakıda iki piyada yol qəzasının qurbanı olub

Bakıda iki piyada yol qəzasının qurbanı olubBakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan əlavə, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdıma aparılır.

Memur.az