Maştağada itkin düşən 14 yaşlı qız tapıldı
hadise
10-01-2018, 12:23
1050

Bakının Maştağa qəsəbəsində itkin düşən 14 yaşlı qız tapılıb.
Memur.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, yanvarın 7-də itkin düşən Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva Nərimanov rayonu ərazisindəki parkda tapılıb.
Faktla bağlı araşdırma aparılır.