Azərbaycanda avtomobil 6 yaşlı uşağı vuraraq öldürüb
hadise
22-12-2017, 23:27
746
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Memur.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dədə Qorqud kəndində qeydə alınıb.
Naməlum avtomobil kənd sakini, 2011-cı il təvəllüdlü Elnur Rəfail oğlu Qədirovu vuraraq öldürüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.