İki avtomobil toqquşdu: yaralılar var
hadise
8-11-2017, 13:15
741
Tovuzda yol qəzası olub.
Memur.Az APA-ya istinadən xəbər verir ki, Tovuz-Əlibəyli yolunda "VAZ-2106" markalı avtomobil digər minik maşını ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2106"-da olan üç nəfər - 1992-ci il təvəllüdü Orxan Qasımov, 1985-ci il təvəllüdlü Malik Süleymanov və 1994-cü il təvəllüdlü Məhəmməd Allahverdiyev xəsarət alıblar.
Xəsarət alanlar Toviz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.