Çardaqdan yıxıldı, xəstəxanada öldü
hadise
4-11-2017, 12:21
757

Çardaqdan yıxılan Hacıqabul sakini xəstəxananın reanimasiya şöbəsində ölüb.
Memur.Az APA-ya istinadən xəbər verir ki, ötən gün üzüm çardağından yıxılaraq ağır kəllə-beyin travması alan Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü Xancanov Səbuhi Həsənağa oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Qeyd edək ki, noyabrın 2-də S.Xancanov üzüm çardağından yıxılaraq ağır kəllə-beyin travması alıb. Şirvan şəhər Xəstəxanasına yerləşdirilən rayon sakini Bakıdan çağırılan neyrocərrah tərəfindən əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.