Sumqayıtda avtobus qəzaya düşdü: 7 yaralı » Memur.az

Sumqayıtda avtobus qəzaya düşdü: 7 yaralı

Sumqayıtda avtobus qəzaya düşdü: 7 yaralı


Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.

Memur.Az xeberle.com-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından xeberle.com-a verilən məlumata görə, yaralılar müayinə olunaraq artıq evə buraxılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.