İstanbulda silahlı insident baş verib, 2 nəfər yaralanıb » Memur.az

İstanbulda silahlı insident baş verib, 2 nəfər yaralanıb

İstanbulda silahlı insident baş verib, 2 nəfər yaralanıb

İstanbulun Fatih rayonunda naməlum şəxs restoranın qarşısında atəş açıb.

APA-nın CNN Turk telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Məlumata görə, naməlum silahlı restoranın qarşısında dayanan avtomobilə atəş açıb. Maşında yaxınlıqda yerləşən özəl universiet müəllimi və restoranın sahibi olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İnsidentin kriminal xarakterli olduğu bildirilir.