16 yaşlı oğlan itkin düşüb » Memur.az

16 yaşlı oğlan itkin düşüb

16 yaşlı oğlan itkin düşüb

Astarada 16 yaşlı oğlan itkin düşüb.

Memur.Az APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 26-da səhər saat 10.00 radələrində rayonun Rinə kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.

Şahid Əzizov 10-cu sinif şagirdidir. Onun 3 bacısı var. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub. Həyata keçirilən axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları da məlumatlandırılıb. Şahid Əzizovun axtarışları davam edir.