Çində torpaq sürüşmələri zamanı bir neçə nəfər dağıntı altında qalıb
hadise
22-05-2025, 09:44
27

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə Dafan qraflığında baş verib. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Hazırda hadisə yerində xilasetmə işləri görülür.