Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər ölüb
hadise
15-06-2024, 08:53
126

“Report” xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.
“Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.
Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.