İsrail ordusu Qəzzada “Əş-Şifa” xəstəxana kompleksini tamamilə tərk edib » Memur.az

İsrail ordusu Qəzzada “Əş-Şifa” xəstəxana kompleksini tamamilə tərk edib

İsrail ordusu Qəzzada “Əş-Şifa” xəstəxana kompleksini tamamilə tərk edibİsrail hərbçiləri Fələstinin Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra “Əş-Şifa” tibb kompleksini tərk ediblər.

Mənbə qeyd edir ki, İsrail qoşunları təxminən iki həftə davam edən hərbi əməliyyatdan sonra “Əş-Şifa” xəstəxanası və onun ətrafından tamamilə çıxıb.

Bildirilir ki, tibb kompleksinin korpusları yararsız hala düşüb, dağıntıların miqyası çox böyükdür.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri dəfələrlə iddia edib ki, Fələstinin HƏMAS radikal qruplaşmasının döyüşçüləri Qəzza zolağında yerləşən “Əş-Şifa” xəstəxanasından hərbi təyinat obyekti kimi istifadə ediblər.

Mənbə: “Al Jazeera”