“Shell” Qırmızı dənizdə gəmilərinin hərəkətini dayandırıb » Memur.az

“Shell” Qırmızı dənizdə gəmilərinin hərəkətini dayandırıb

“Shell” Qırmızı dənizdə gəmilərinin hərəkətini dayandırıbBritaniyanın neft-qaz şirkəti “Shell” Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Məlumata görə, keçən ay “Shell” şirkətinə məxsus tanker pilotsuz uçuş aparatının hücumuna məruz qalıb və Qırmızı dənizdə husilər tərəfindən təqib edilib.

Odur ki, şirkət gələcək hücumların bölgədə böyük neft sızmasına səbəb ola biləcəyi və gəmi ekipajlarının təhlükəsizliyini təhdid edə biləcəyi ilə bağlı bütün tranzit daşımaları dayandırmaq qərarına gəlib.
Mənbə: TASS