DİN: Axtarışda olduğuna görə 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib » Memur.az

DİN: Axtarışda olduğuna görə 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

DİN: Axtarışda olduğuna görə 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilibDekabrın 9-10-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.