Kamçatkada Klyuçevskoy vulkanı 5,5 km hündürlüyə kül püskürdü » Memur.az

Kamçatkada Klyuçevskoy vulkanı 5,5 km hündürlüyə kül püskürdü

Kamçatkada Klyuçevskoy vulkanı 5,5 km hündürlüyə kül püskürdüÇərşənbə günü səhər Rusiyanın Kamçatka yarımadasında püskürən Klyuçevskoy vulkanı dəniz səviyyəsindən 5,5 km yüksəkliyə kül sütunu buraxıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsini müşahidə qrupu (KVERT) öz saytında məlumat yayıb.

“KVERT-nin peyk məlumatları kül şleyfinin vulkandan təxminən 60 km şərqə doğru uzandığını göstərib”, - deyə məlumatda qeyd olunub.

KVERT-nin məlumatına görə, vulkanın cənub yamacında Apaxonçiçski və Kozırevski novları boyunca lava axınları axmağa davam edir.
Xatırladaq ki, Klyuçevskoy vulkanı bu ilin iyununda püskürməyə başlayıb. Bundan əvvəl vulkanda 2020-ci ilin payızından 2021-ci ilin avqustuna qədər püskürmə baş verib.

Klyuçevskoy vulkanı ilə bağlı aviasiya üçün narıncı təhlükə kodu müəyyən edilib, yəni kül aşağıdan uçan hava nəqliyyatı üçün təhlükə yarada bilər.

Mənbə: Interfax