Sumqayıtda direktorun qardaşı bıçaqlandı » Memur.az

Sumqayıtda direktorun qardaşı bıçaqlandı

Sumqayıtda direktorun qardaşı bıçaqlandıSumqayıtda 64 yaşlı kişi qarın nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Lent.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Əsəd Misir oğlu Əsədov ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə gətirilərək dərhal əməliyyat olunub. İlkin məlumata görə, 64 yaşlı Əsəd Əsədov öz tanışı tərəfindən bıçaq zərbəsi alıb.

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bıçaqlanan Əsəd Əsədov Sumqayıtda Nəsimi Adına Mədəniyyət və İstirahət parkının direktoru Sultan Əsədovun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.