Fransada 100 hektarlıq meşə yanıb kül oldu » Memur.az

Fransada 100 hektarlıq meşə yanıb kül oldu

Fransada 100 hektarlıq meşə yanıb kül olduNitsadan 60 km məsafədə yerləşən Berols kommunası yaxınlığında baş verən yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib.

Yanğın çərşənbə axşamı başlayıb və o vaxtdan bəri geniş əraziyə yayılıb.

Məlumata görə, hazırda yanğın lokallaşdırılıb.

Meteoroloqların məlumatına görə, ərazidə yanğının yenidən yayılmasına səbəb ola biləcək küləklərin əsəcəyi gözlənilir.
Bildirilir ki, Berols bölgəsindəki yanğın bölgədə bu yay qeydə alınan ən böyük yanğındır.

Mənbə: TASS