Bakıda mənzildə kişi meyiti tapılıb » Memur.az

Bakıda mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb

Nəcəfov Tariyel mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Musavat.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1962-ci il təvəllüdlü Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Nəcəfovun vəfat etdiyi müəyyən olunub.