Şəkidə mikroavtobus aşdı: Xəsarət alanlar var » Memur.az

Şəkidə mikroavtobus aşdı: Xəsarət alanlar var

Şəkidə mikroavtobus aşdı: Xəsarət alanlar varŞəkidə mikroavtobus minik avtomobili ilə toqquşub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus öncə “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.