Bərdədə 14 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxs müəyyən edilib - DİN-dən AÇIQLAMA » Memur.az

Bərdədə 14 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxs müəyyən edilib - DİN-dən AÇIQLAMA

Bərdədə 14 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxs müəyyən edilib - DİN-dən AÇIQLAMABərdə rayonunda yeniyetmə qızın hamiləliyinin sonlandırılması ilə bağlı araşdırma nəticəsində bir nəfər şübhəli şəxs müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində aparılan araşdırma nəticəsində qeyd edilən faktla bağlı bir nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən edilib:

“Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət məcəlləsinin 152.1-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.