Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir

Bu gün, 01:19

İran blokadanı yarmaq və istənilən yeni təcavüzə tam gücüylə cavab vermək əzmindədir, ABŞ-nin respublikanı təcrid etmək planları isə uğursuzluğa məhkumdur.

"Memurtv.az" xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

"Tramp və onun məğlub komandasının İranı blokadaya almaq planları onların uğursuz hərbi strategiyası qədər xəyalpərəstlik və səmərəsizikdir. İran xalqı, silahlı qüvvələri və bütün dövlət aparatı blokadanı yarmaq və istənilən yeni təcavüzə tam gücüylə cavab vermək əzmindədir", - o, "X"də yazıb.

Mənbə: https://memurtv.az/dunya/20266-rezai-iran-blokadani-yarmaq-ve-yeni-tecavuze-cavab-vermek-ezmindedir.html