ÜST baş direktoru: COP29-un açılış sessiyası çox yaxşı keçdi

12-11-2024, 16:03

ÜST baş direktoru: COP29-un açılış sessiyası çox yaxşı keçdiBakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu konfrasda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.

ÜST rəhbəri vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir:

"Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".

Mənbə: https://memurtv.az/dunya/13813-ust-bash-direktoru-cop29-un-achilish-sessiyasi-chox-yaxshi-kechdi.html