Bu həftə Tehranda cümə namazını Xamənei qılacaq
3-10-2024, 09:58
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei oktyabrın 4-də cümə namazı xütbəsi mərasimini özü keçirəcək.
“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, sentyabrın 27-də Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah, İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, general Abbas Nilfuruşenin öldürülməsi ilə əlaqədar bu həftə Tehranda imam Xomeyni adına məsciddə Xamənei cümə namazını qılacaq.
Mənbə: https://memurtv.az/dunya/13680-bu-hefte-tehranda-cume-namazini-xamenei-qilacaq.html