Yer kürəsində güclü maqnit qasırğası başlayıb

17-09-2024, 09:15

Yer kürəsində güclü maqnit qasırğası başlayıbYer kürəsində güclü maqnit qasırğası başlayıb

"Report"-un məlumatına görə, bu barədə TASS "Fobos" Hava Mərkəzinə istinadən xəbər verir.

"Yer kürəsində çox güclü maqnit qasırğası var! Gözlənilən güclü maqnit qasırğası gecikmə ilə başladı", - Mərkəzin mütəxəssisi Mixail Leus qeyd edib.

O əlavə edib ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.

Mənbə: https://memurtv.az/dunya/13584-yer-kuresinde-guclu-maqnit-qasirgasi-bashlayib.html