Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini ləğv etməyə hazırlaşır
2-02-2023, 11:30
Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı sənəd layihəsi hazırlayıb.
Sənəd ictimai müzakirəyə təqdim edilib. Onun müzakirəsi iki həftə davam edəcək.
Rusiya və Qazaxıstan 1992-ci ilin oktyabrında nümayəndəliklərin yaradılması haqqında saziş imzalayıblar. Sənəd 2012-ci ildə ratifikasiya olunub. Rusiyada Qazaxıstanın ticarət nümayəndəliyi 2009-cu ildə açılıb, Moskvada yerləşir, Kazanda da bölməsi var.
Mənbə: Kommersant
Mənbə: https://memurtv.az/dunya/10914-qazaxistan-rusiyadaki-ticaret-numayendeliyini-legv-etmeye-hazirlashir.html