Koreya müharibəsinin başa çatdığı rəsmi şəkildə elan oluna bilər » Memur.az

Koreya müharibəsinin başa çatdığı rəsmi şəkildə elan oluna bilər

Koreya müharibəsinin başa çatdığı rəsmi şəkildə elan oluna bilərCənubi Koreya Prezidenti Mun Çje İn bildirib ki, Çin, ABŞ, Şimali Koreya və Cənubi Koreya Koreya müharibəsinin rəsmi şəkildə başa çatmasını elan edə bilərlər.

Cənubi Koreya liderinin sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar başlamayıb. Şimali Koreya isə ABŞ bu ölkəyə qarşı “düşmən siyasət”indən əl çəkəcəyi halda danışıqlara başlamağa hazırdır.

“Biz deklarasiya üzrə müzakirə və ya danışıqlar üçün masa arxasına keçə bilərik. Ümid edirik ki, danışıqlar başlayacaq”, - deyə o bildirib.

Xatırladaq ki, 1950-1953-cü ildə baş vermiş Koreya müharibəsi sülh sazişi ilə nəticələnməyib.

Mənbə: Gazeta.ru