İsrail HƏMAS-ın iki əsas fiqurunun öldürüldüyünü açıqladı » Memur.az

İsrail HƏMAS-ın iki əsas fiqurunun öldürüldüyünü açıqladı

İsrail HƏMAS-ın iki əsas fiqurunun öldürüldüyünü açıqladıİsrail ordusu HƏMAS kəşfiyyatının iki əsas fiqurunun məhv edildiyini açıqlayıb.TASS agentliyi xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

“Bizim qırıcılarımızın köməkliyi ilə HƏMAS kəşfiyyatının əsas fiqurları; HƏMAS hərbi kəşfiyyatının Təhlükəsizlik şöbəsinin rəhbəri Hassan Kaodci və onun müavini, əks-kəşfiyyat şöbəsinin rəhbəri Vali İssanı neytrallaşdırıb”, - deyə İsrail ordusunun mətbuat xidməti bildirib.