Koronavirusa qalib gəlmiş şəhərdə yeni yoluxma halları aşkarlandı » Memur.az

Koronavirusa qalib gəlmiş şəhərdə yeni yoluxma halları aşkarlandı

Koronavirusa qalib gəlmiş şəhərdə yeni yoluxma halları aşkarlandıKoronavirusa qalib gəlmiş Çinin Uhan şəhərində bu infeksiyaya yeni yoluxma halları müəyyən edilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Çinin Səhiyyə Nazirliyinin əyalət komitəsi xəbər yayıb.

Bildirilir ki, yeni yoluxma üç apreldən bəri ilk dəfə qeydə alınıb.

Beləliklə, Uhan şəhərində koronavirusa yoluxanların sayı altı nəfərə çatıb.

Epidemiya dövründə Uhanda koronavirusa 50 334 yoluxma halı qeydə alınıb. Ümumilikdə, şəhərdə koronavirusa yoluxmuş 46 464 nəfər sağalıb, 3869 nəfər isə ölüb.