Finlandiya prezidenti Azərbaycana səfər edəcək » Memur.az

Finlandiya prezidenti Azərbaycana səfər edəcək

Finlandiya prezidenti Azərbaycana səfər edəcək

Finlandiya prezidenti Sauli Niinisto Azərbaycana gələcək.

Azərbaycanın İsveç Krallığında, o cümlədən Finlandiya Respublikası və Norveç Krallığında səfiri Adış Məmmədov APA-ya bildirib ki, səfər bu ilin ikinci yarısında baş tutacaq.

Səfir qeyd edib ki, Finlandiya prezidenti Azərbaycanın iqtisadi inkişafını, regionda liderə çevrilməsi prosesini yaxından izlədiyini bildirib: “Onunla yanaşı, Azərbaycana Finlandiyanın iş adamlarından ibarət nümayəndə heyətinin səfəri planlaşdırılır”.