Rusiya sabiq erməni nazirin axtarışından imtina etdi » Memur.az

Rusiya sabiq erməni nazirin axtarışından imtina etdi

Rusiya sabiq erməni nazirin axtarışından imtina etdiRusiya beynəlxalq axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın axtarışından imtina edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı”İnterfaks” yerli mənbəyə istinadla məlumat yayıb.

“2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallara baxıldıqdan sonra Rusiya ərazisində onun axtarışından imtina ilə bağlı qərar qəbul edilib”, - mənbə bildirib.

O deyib ki, bununla da, Rusiyada erməni naziri heç bir təhlükə gözləmir. Ancaq mənbə qeyd edib ki, Arutyunyan hansısa MDB ölkəsində görünsə, həbs oluna və Ermənistana verilə bilər.

O əlavə edib ki, sabiq nazirin həbsi ilə bağlı müraciət Moskvaya Ermənistan Baş Prokurorluğundan deyil, dövlətlərarası axtarış xətti ilə daxil olub.