Tramp Şimali Koreyaya “işıqlı gələcək” söz verdi » Memur.az

Tramp Şimali Koreyaya “işıqlı gələcək” söz verdi

Tramp Şimali Koreyaya “işıqlı gələcək” söz verdiABŞ prezidenti Donald Tramp Şimali Koreyaya tam nüvəsizləşdirmə şərtləri daxilində “işıqlı gələcək” vədi verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

“Tramp Şimali Koreyaya işıqlı gələcək vəd edib. Bunun üçün tam nüvəsizləşdirmə işləri vacibdir”, - o deyib.

Pompeo iyulun 6-da KXDR-ə gəlib. O, burada Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə edəcək.

Memur.az