Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır
dunya
10-01-2018, 12:34
784

Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb.
Memur.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin Pasport-viza departamentinin mətbuat xidmətindən bildiriblər.
Qurumdan deyiblər ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib.
Qeyd edək ki, 2012-ci ildə 968 ərizə, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, ötən il isə 3863 belə ərizə daxil olub. Yəni 2012-ci ildən 2017-ci ilədək 15 mindən çox sakin vətəndaşlıqdan imtina edib.