Çin daha bir ilk gerçəkləşdirə bilər » Memur.az

Çin daha bir ilk gerçəkləşdirə bilər

Çin daha bir ilk gerçəkləşdirə bilər


Çin açıq kosmosda günəş elektrik stansiyası inşa edən ilk ölkə ola bilər.

Memur.Az Trend-ə istinadən bildirir ki, hazırda Çin kosmik günəş enerjisi sahəsində araşdırmaları davam etdirir.

Kosmosda günəş elektrik stansiyalarının yaradılması sahəsinin inkişafına Rusiya, ABŞ və Yaponiya da investisiyalar yerləşdirir.

Qeyd olunur ki, Çin bu tip stansiyaların yaradılması ilə bağlı ilk addımları 2008-ci ildə atmağa başlayıb. Hazırda bu ölkənin elektrik enerjisinin simsiz ötürülməsi sahəsində müəyyən nailiyyətlər əldə etdiyi məlumat verilir.