Ərdoğan: "Qarabağ qlobal münaqişəyə çevrilə bilər” » Memur.az

Ərdoğan: "Qarabağ qlobal münaqişəyə çevrilə bilər”

Ərdoğan: "Qarabağ qlobal münaqişəyə çevrilə bilər”


Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.


Memur.az azvision.az-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı vurğulayıb.

Türkiyə prezidenti, eyni zamanda, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb:

"Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını unutmamalıyıq".