Rusiya XİN-də Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi açılıb » Memur.az

Rusiya XİN-də Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi açılıb

Rusiya XİN-də Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi açılıb

Rusiya Xarici İşlər Nazirliyində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərginin açılış mərasimində Rusiya və Azərbaycan XİN başçıları Sergey Lavrov və Elmar Məmmədyarov iştirak ediblər.

Nazirlər öncə sərgi ilə tanış olublar.

Sonra Sergey Lavrov Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan sərgi barədə məlumat verib. Rusiyalı nazir sərgidə iki ölkə arasında münasibətlərin strateji əməkdaşlığını əks etdirən sənədlərin nümayiş olunduğunu söyləyib.

E. Məmmədyarov isə çıxışında iki ölkənin əlaqələrinin 25 ildə çox inkişaf etdiyini deyib. Nazir bildirib ki, 25 ilə ərzində Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.

Sərgidən sonra Rusiya və Azərbaycan XİN başçıları arasında ikitərəfli görüş başlayıb.