Tiflisdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib » Memur.az

Tiflisdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Tiflisdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Tiflisdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında görüş keçirilib.

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında Tiflisdə keçirilən ikitərəfli görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin iki ölkə arasında hərbi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar, bu ilin sonunda memorandumun imzalanması ilə bağlı vacib müzakirələrin aparılmasına diqqət yetiriblər.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə obyekti olub. Hər iki nazir üçtərəfli və ikitərəfli görüşlərin region ölkələri üçün vacib olduğunu vurğulayıblar.

Tədbirin sonunda Azərbaycan və Türkiyə müdafiə nazirləri bir-birilərinə hədiyyələr təqdim ediblər.