Tanınmış yazıçı vəfat edib » Memur.az

Tanınmış yazıçı vəfat edib

Tanınmış yazıçı vəfat edib

Rusiyanın ən məşhur yazıçılarından olan Fazil İsgəndər bu gün 88 yaşında dünyasını dəyişib.

Lent.az azvision.az-a istinadən xəbər verir ki, Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunub və oğlunu bir daha görməyib.

Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə çap olunan “Kozlotur bürcü” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.

F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.