Dəhşətli yanğında 7 uşaq öldü
dunya
22-03-2015, 11:37
868
Amerika Birləşmiş Ştatlarında yaşları 5 ilə 15 arasında olan 7 uşağın faciəvi şəkildə ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Anspress-in məlumatına görə, hadisə Nyu-York şəhərinin Bruklin məhəlləsində, əsasən yəhudilərin yaşadığı Midvud bölgəsində baş verib.
Nyu-York yandından mühafizə briqadasının əməkdaşı Daniel Niqro hadisəni son 7 ildə yanğının səbəb olduğu ən böyük faciə adlandırıb.
Niqro həmçinin yanğına yemək isitmək üçün olan qızdırıcı vasitənin səbəb olduğunu deyib.
Polis rəsmiləri ölən uşaqların qohum olduqlarının güman edildiyini bildirib.