Sarkisyan Almaniyaya yola düşdü » Memur.az

Sarkisyan Almaniyaya yola düşdü

Sarkisyan Almaniyaya yola düşdüErmənistan prezidenti Angela Merkel ilə görüşəcək.

Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfərə gedib.

Memur.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Görüş çərçivəsində Sarkisyan Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, bundestaqın rəhbəri Norbertom Lammert, eləcə də xarici işlər naziri, ATƏT-in hazırkı sədri Frank-Valter Ştaynmayer ilə görüşəcək.

Ermənistan rəhbərinin səfəri zamanı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı olacaq.