Qurultaydan sonra yeyib-içmək: "Sən söhbətində ol..." » Memur.az

Qurultaydan sonra yeyib-içmək: "Sən söhbətində ol..."

Qurultaydan sonra yeyib-içmək: "Sən söhbətində ol..."Ermənistan parlamentinin sabiq spikeri, "Orinas Yerkir" Partiyasının sədri Artur Baqdasaryan yeni yaratdığı "Erməni İntibahı" Partiyasının təsis qurultayından sonra Yerevanda ziyafət verib.

Memur.Az hrapark.am-a istinadən bildirir ki, ziyafət şəhərin Drvej səmtindəki "Van" restoranında olub.
700 nəfərin dəvət olunduğu ziyafətdə ağız deyəni qulaq eşitməyib.
"Orinas Yerkir"in funksioneri Yegine Bişaryan ziyafətdə də partiyasının təbliğatı ilə məşğul idi. Lakin yığışanları yalnız yemək və içmək maraqlandırdığından qonaqlardan biri ağzındakı əti çeynəyərək Bişaryana "Sən söhbətində ol..." deyib.
"Erməni İntibahı"nın ziyafətinə qatılmış "Erməni Mütərəqqi Gənclər Birliyi"nin sədri isə söyləyib: "Burada əylənirik, yeyib-içirik. Kimə səs verəcəyimiz sonrakı məsələdir".