İŞİD qulların işinə baxan “nazirlik” yaratdı
dunya
29-12-2015, 13:18
627
“Bürokratiya səviyyəsi, sistem, nazirliklər, komitələr”.
İŞİD terror qruplaşmasının döyüşçüləri işğal etdikləri ərazilərdə neft və hərbi qənimət “nazirlikləri” yaradıblar.
Memur.Az-ın xəbərinə görə, bu barədə Reuters ABŞ xüsusi təyinatlılarının Suriyada ələ keçiridiyi məxfi sənədlərə istinadən məlumat verir.
“Bu, həqiqətən bir çox məsələyə aydınlıq gətirir. Bürokratiya səviyyəsi, sistem, nazirliklər, komitələr”, - ABŞ-ın İŞİD üzrə nümayəndəsi Brett Makqrek, terrorçuların işğal etdiyi ərazilərin necə effektiv idarəetməsindən danışan zaman bildirirb.
İŞİD-in yeni yaratdığı nazirliklərdən biri neft və təbii sərvətlərə nəzarət edir, digəri isə hərbi qənimətlər və qullara görə məsuliyyət daşıyır.