"Google"-un direktoru: "Müsəlmanlara dəstək olmalıyıq" » Memur.az

"Google"-un direktoru: "Müsəlmanlara dəstək olmalıyıq"

"Google"-un direktoru: "Müsəlmanlara dəstək olmalıyıq"

Google-un baş icraçı direktoru Sundar Pichai ABŞ iş adamı Donald Trump-ın müsəlmanların ABŞ-a gəlmələrinə qadağa qoyulması təklifinə sərt cavab verib.

Memur.Az xeberler.az-a istinadən xəbər verir ki, ötən gün Pichai məsələyə belə münasibət bildirib:

"Amerika açıq fikirli, tolerant ölkədir. Həmişədən də Amerika imiqrantlar ölkəsi olub və olacaq. Müsəlmanların da bu ölkəyə gəlməyə haqqı var".

O əlavə edib ki, müsəlmanlara qarşı bu cür münasibət onların dəyərlərinə də ziddir .

Şirkət rəsmisi Trump-ın çıxışının yanlış olduğunu vurğulayaraq müsəlmanlara dəstək olmalarını diqqətə çatırıb.

Xatırladaq ki, Pichai Hindistanda böyüyüb. O, 22 il əvvəl ABŞ-a gəlib.

Bu ilin avqust ayından isə Google-da bu vəzifəyə təyin edilib.