İsrailli Suriya qaçqınlarının orqanlarını Azərbaycana satırmış » Memur.az

İsrailli Suriya qaçqınlarının orqanlarını Azərbaycana satırmış

İsrailli Suriya qaçqınlarının orqanlarını Azərbaycana satırmış
Orqanlar Azərbaycana da gətirilib.

Türkiyədə suriyalı qaçqınların orqanlarını satmaqda şübhəli bilinən İsrail vətəndaşı həbs edilib.

O, İstanbulda suriyalı qaçqınlar ilə orqan almaq haqqında razılığa gəlib və kiçik türk klinikalarında əməliyyatlar planlaşdırıb, bu barədə Deutsche Welle yerli KİV-ə istinadən məlumat yayıb.

Memur.Az xəbər verir ki, nəşrin məlumatına görə, saxlanılan şəxs Ukrayna mənşəli yəhudi Boris Uokerdir (əsl soyadı Volfmandır). Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, cinayətkar Suriyadan olan qaçqınlar ilə orqan almağa dair razılaşıb. Qanunsuz əməliyyatları Volfman türk klinikalarında etməyi təklif edirdi.

İnterpol Volfmanı orqan ticarəti və Kosovoda, Azərbaycanda və Şri-lankada qanunsuz tranplantasiya üçün axtarışa vermişdi. Hər orqanın satışı üçün cinayətkar 70 mindən 100 min avroya qədər pul alırdı.

“Salon” nəşri qeyd edir ki, Yaxın Şərqdə son illərdə donor orqanlarının “qara bazar”ı çiçəklənir.