Bu futbolçu dünya siyasətini dəyişəcək? » Memur.az

Bu futbolçu dünya siyasətini dəyişəcək?

Bu futbolçu dünya siyasətini dəyişəcək?

Metyu Flamini dünya energetika tarixinə möhtəşəm bir ixtira ilə düşə bilər.

Hətta deyərdik, təkcə energetika yox, həm də siyasət tarixinə. Çünki hazırda dünyada cərəyan edən proseslər populyar enerjidaşıyıcısı olan neftin üzərində qurulub.

Memur.Az Marca-ya istinadən bildirir ki, İngiltərənin "Arsenal" klubunun oyunçusu olan Metyu Flamini energetika sahəsində inqilabın astanasındadır. Təxminən 7 il əvvəl ağına gələn bir ideya onu milyonerə çevirə bilər. Flamininin banisi olduğu GF Biochemicals şirkəti nefti əvəz edə biləcək molekulun öyrənilməsi ilə məşğuldur.

Futbolçu bu ideyasını uzun müddət gizli saxlayıb və bu günlərdə ortağı Paskal Qranate ilə birlikdə açıqlayıb.

Bir çox KİV artıq onun şirkətinin qazanacağı məbləği də hesablayıb - 30 milyard avrodan çox.

"Ailəm bu haqda heç nə bilmir. Bunu valideynlərimə illər öncə demişdim. Onlar öncə narahat oldular, indi isə mənimlə qürur duyurlar", - Flamini bildirib.

GF Biochemicals nefti tam və təhlükəsiz əvəz edə biləcək, yəni atmosferə zərər vurmayacaq maddənin yaradılması ilə məşğuldur. Metyu Flamini bu işə xeyli pul yatırıb və mümkündür ki, yaxınlarda onun inqilabi ideyası dünyanın alışdığı həyat tərzini dəyişsin.