Paris yaxınlığında "şəhid kəməri" aşkarlanıb » Memur.az

Paris yaxınlığında "şəhid kəməri" aşkarlanıb

Paris yaxınlığında "şəhid kəməri" aşkarlanıb

Fransanın paytaxtı Parisin yaxınlığında yerləşən Monruj şəhərində "şəhid kəməri" aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə "France Info" telekanalı məlumat verib.

Məlumata əsasən, "şəhid kəməri" zibil qutusunda tapılıb. Onun noyabrın 13-də Parisdə baş verən terror aktlarında istifadə edilən "şəhid kəmərləri" ilə oxşar olduğu bildirilir.

Hadisə yeri dərhal əhatəyə alınıb. Faktla bağlı araşdırma aparılır.