Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadı » Memur.az

Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadı

Gürcüstan Rusiya silahlarını Ermənistana buraxmadı

Ağır texnika uzun yol ilə çatdırılır.

Rusiya tərəfindən Ermənistana 200 milyon dollarlıq imtiyazlı kreditin çərçivəsində çatdırılan müasir hərbi texnika, tezliklə Ermənistanda olacaq, “Aykakan Jamanax” qəzeti yazır.

Memur.az epress.am-a istinadən xəbər verir.

“Bu texnika Ermənistana yetərincə uzun bir yol ilə gətiriləcək. Rusiya Federasiyasından Qazaxıstana, oradan İrana, İrandan isə Ermənistana gətiriləcək.

İş ondadır ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Gürcüstan hakimiyyəti onların ərazisindən bizim ölkəyə Rusiya silahının gətirilməsinə icazə vermir. Nəticədə bu ağır texnikanın tədarükü üçün uzun bir yol seçilib.

Hökumətyönümlü dairələrdə Gürcüstana son səfərində Serj Sarkisyanın bu məsələyə də toxunması barədə məlumat var. Mətbuatın məlumatına müvafiq olaraq, əsasən zenit-raket kompleksi “İskəndər”lərdən ibarət 200 milyon dollarlıq bu hərbi texnikadan başqa, Ermənistan ölkəyə qısa yol ilə gətirə bilmədiyi digər texnikanı (“Smerç”) da alıb”, - “AJ”da qeyd olunub.