Suriya müxalifəti Rusiya ilə dialoq istəyir » Memur.az

Suriya müxalifəti Rusiya ilə dialoq istəyir

Suriya müxalifəti Rusiya ilə dialoq istəyir

Suriyanın mötədil müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Suriya müxalifət qüvvələri Milli Koalisiyasının Siyasi Bürosunun üzvü Bədr Camus bildirib.

O, həmçiin qeyd edib ki, Rusiyanın Suriyadakı əməliyyatları danışıqların başlamasının qarşısını alır. Camusun sözlərinə görə, Bəşər Əsəd hökuməti Rusiya hərbçilərinə düzgün məlumat vermir və bu səbəbdən İŞİD terrorçuları əvəzinə mötədil müxalifət zərbə altına düşür.