Putin: "Rusiya kimsəni devirmək istəmir" » Memur.az

Putin: "Rusiya kimsəni devirmək istəmir"

Putin: "Rusiya kimsəni devirmək istəmir"

Rusiyanın prezidenti Vladimir Putin ABŞ-ın Ukraynanın kecmiş dövlət başcısı Viktor Yanukoviçin devrilməsində iştirakı haqqında söz acıb. O, kecmiş SSRİ dövlətlərinin ölkədaxili mübahisəli məsələlərinin həll olunmasında bu cür siyasi vasitələri "tamamilə qəbulolunmaz" adlandırıb. Bu fikirləri Putin amerikalı jurnalist Carli Rouzla müsahibəsində səsləndirib.

Rusiya Federasiyasının prezidenti ona da diqqət yetirib ki, ABŞ-ın rəsmiləri Yanukoviçə qarşı çıxan qüvvələri dəstəklədiklərini açıq-aşkar bəyan ediblər. Onun sözlərinə görə, belə antikonstitusion addımlara heç bir halda haqq qazandırmaq olmaz.

Memur.Az lenta.ru-ya istinadən bildirir ki, Putinin dediklərinə görə onlar kimin nə vaxt, harada və kimlə görüşlər kecirtdiyini cox gözəl bilirlər. Rusiya dövlət başcısı onu da vurğalayıb ki, Rusiyada Yanukoviçin devrilməsi ücün hansı pulların ayrılması, maliyyə vəsaitlərinin kimlərə ötürülməsi və hansı dövlətlərin ərazisində xüsusi instruktorların hazılanması haqqında məlumatlar var: "Bir də ki, bunu bizim amerikalı dostlarımız heç gizlətmirlər də".

Ukrayna dövlətinin Rusiya ücün nə kimi əhəmiyyət kəsb etdiyi məsələsini müzakirə edərkən Vladimir Putin "Ukrayna ayrıca olaraq cox böyük problemdir və təbii ki, eyni zamanda həm də bizim üçün xüsusi önəm kəsb edir" deyib:

"Ukrayna bizim ücün cox yaxın və qardaş dövlətdir. Ukraynalılar, sadəcə olaraq, slavyan xalqlarından biri deyillər, onlar ruslara ən yaxın bir xalqdırlar: oxşar dil, mədəniyyət, ümumi tarix, ümumi din və sairə"

Ukraynanın suverenliyinə hörmətlə yanaşmaq yönündə suala cavab verərkən, Rusiya prezidenti bunun çox vacib olduğunu söyləyib. Eyni zamanda, Putin bunu başqa ölkələrin nəzərə almasına da diqqət yetirib:

"Hər bir dövlətin və həmçinin Ukraynanın suverenliyinə hörmətlə yanaşmaq borcumuzdur. Bu yanaşmaya başqaları da riayət etməlidirlər. Rusiya heç bir ölkədə hakimiyyətin devrilməsi kimi antikonstitusion vasitələrə əl atmayıb və gələcəkdə də belə bir niyyəti yoxdur".

Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşdiyinə və hətta dövlətin ərazisində yerləşdiyinə dair açıqlama verərkən Vladimir Putin "Bəs ABŞ-ın Avropada hərbi iştirakı mövcuddurmu?" kimi sual səsləndirib

Amerikalı jurnalıst bunu inkar etmədiyini deyəndən sonra RF başçısı ABŞ-ın Avropada taktiki nüvə silahı yerləşdirdiyini yada salıb:

"Bu, məgər o deməkdir ki, siz, misal ücün, Almaniyanı işğal etmisiniz, ya, sadəcə olaraq, islahatlar kecirərək işğalçı ordunu NATO-nun hərbi qüvvələrinə çevirmisiniz? Onda bəs bizlər hər hansı bir dövlətlə sərhəddə öz hərbi birləşmələrimizi yerləşdirdikdə niyə bunu cinayət kimi qələmə verirsiniz?"